Karantin qaydalarını pozan kafenin sahibi 3 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Karantin qaydalarını pozan kafenin sahibi 3 min manat cərimələndi

Kriminal

09 İyul 2020 11:51 743


Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan kafe aşkarlanıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Əlahiddə Çevik Alayı və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri 5-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək, özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır. pizza

Ümumilikdə səkkiz nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 3000 manat, digərləri 200 manat cərimə olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!