Karantin qaydalarını pozan tibb işçisi saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Karantin qaydalarını pozan tibb işçisi saxlanılıb

Kriminal

06 Noyabr 2020 10:56 1170


Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım  stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.

Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Tibb  işçisi saxlanılaraq polis şöbəsinə gətirilib. 

İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.  pizza hut

  Hal-hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!