Karantin rejimi 3 həftə uzadıldı - Britaniyada

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimi 3 həftə uzadıldı - Britaniyada

Dünya

16 Aprel 2020 21:44 972


Britaniya hökuməti koronavirusla bağlı karantin rejiminin daha üç həftə davam edəcəyini deyib.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab hökumətin koronavirusla bağlı günlük keçirdiyi brifinqdə bildirib.

“Hökumət hazırkı karantin rejiminin ən az növbəti üç həftə ərzində davam etməsi bəradə qərar qəbul edib”,- deyə o bildirib. Dördpendirli pizza

Xarici İşlər naziri hökumətin bu qərarı Fövqəladə Hallar üzrə Elmi Məşvərət Qrupunun (SAGE) məsləhətlərini nəzər alaraq verdiyini deyib. O, bu qərarın koronavirusun pik həddə çatacağı təqdirdə onunla ən yüksək dərəcədə mübarizə aparmaq üçün çox vacib olduğunu bildirib.

Xatırladaq ki, Britaniyda hazırkı karantin rejiminin şərtlərinə görə, ölkədəki bütün əyləncə, istirahət mərkəzləri, alış-veriş mərkəzləri, kinoteatrlar, kafe və pivəxanalar, əksər restoranlar və iş yerləri bağlanıb. İnsanlar evlərindən çölə yalnız bir neçə halda çıxa bilər. Onlar gündə bir dəfə idmanla məşğul olmaq üçün yaxınlıqdakı parka, ərzaq mağazalarına, marketlərə gedə bilər. İki nəfərdən artıq toplaşmaq isə qadağan olunub.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!