Karantin rejimi cinayətkarların əl-qolunu bağlayıb – Azalma var 

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimi cinayətkarların əl-qolunu bağlayıb – Azalma var 

Kriminal

20 Aprel 2020 13:46 729


Aprel ayının 18-də Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə xüsus karantin rejimini 2020-ci il may ayının 4-dək uzatdı. 

Yenisabah.az xəbər verir ki, xüsusi karantin rejimi ilə bağlı ölkədə hərəkət məhdudiyyətləri ilk olaraq aprel ayının 5-dən aprel ayının 20-nə kimi müəyyən olunmuşdu. Bu dövrdə inzibati xətalarla bağlı qaydaları nəzərə almasaq respublika ərazisində baş vermiş cinayətlərin, həmçinin cinayət törədərək həbs olunan şəxslərin sayında nəzərəçarpaz dərəcədə azalma müşahidə olunub. 

Belə ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aldımız məlumata görə, aprel ayının 5-dən aprel ayının 20-nə kimi olan tarixdə 238 cinayət hadisəsinin üstü isti izlərlə açılıb, 349 cinayət törətməkdə şübhəli bilinən şəxs isə cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin bu cinayət törətmiş şəxslərin siyahısına xüsusi karantin qaydalarını pozduqlarına görə inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə cərimələnən bəzi şəxsləridə aid etmək olar. Belə ki, inzibati xəta ilə bağlı saxlanılan şəxsin üzərindən narkotik maddə aşkarlandığı və yaxud digər analoji cinayətə görə axtarışda olduğu da Daxili İşlər Orqanlarının əməkdaşları tərəfindən aşkar olunub.  pizza hut

Azər İsrafilov

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!