Rusiya, Qazaxıstan, Belarusiya və başqa qonşu ölkələrdə koronavirus pandemiyasının yayılması kontekstində ərzaq təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atılıb. Bu ölkələr tərəfindən bütün zəruri aqrotexniki proseslərin yerinə yetirilməsini dəstəkləmək və qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı istehsalçılarına texniki və maliyyə dəstəyi üçün bir sıra əlavə tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Məlumdur ki, aprelin 10-dan etibarən toxum əkininə başlanacaq. Maraqlıdır, bizdə kənd təsərrüfatı istehsalçılarına hansı dəstək tədbirləri göstəriləcək?
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Yenisabah.az saytına açıqlamasında bildirib ki, nazirlik tərəfindən işçi qrupları yaradılıb, həmin o işçi qruplar sosial dəstək paketlərini hazırlayırlar, hazır olduqdan sonra Nazirlər Kabineti dəstək tədbirlərinin nələrdən ibarət olduğunu açıqlayacaqlar: “Payızlıq taxıl əkini başa çatıb. Mayın sonunda biçin başlayacaq. Dövlət bu prosesi karantin və ya qeyri-karantin dövründən asılı olmayaraq dəstəkləyir. Bu ildən etibarən artıq subsidiyalar elektron hökumət üzərindən verilir və hər bitki növünə uyğun olaraq baza məbləği qurmaqla konkret əmsallar müəyyənləşib. Bununla bağlı fermerlər fermer kartı ilə təmin olunur. Subsidiya məbləğləri də gübrə, toxum alınması, yəni bütün avrotexniki xidmətlərin göstərilməsi üçün istifadə oluna bilər. Aprelin 10-dan başlayaraq yazlıq əkinlərə başlanılacaq, bölgələrdə müşahidələr aparırıq, faktiki olaraq heç bir problem yoxdur. Nazirlər Kabinetinin qərarında da göstərir ki, fermerlərin təsərrüfat fəaliyyəti karantin rejimi ilə bağlı tətbiq olunan qadağalara şamil olunmur”. pizza hut
Vüqar Hüseynov fermerlərlə mütəmadi əlaqə saxladıqlarını, hansısa problem yaşanacağı təqdirdə lazımi köməkliyi göstərəcəklərini qeyd edib: “Biz femerlərə müraciət etmişik, mütəmadi əlaqə saxlayırıq. Hər hansı bir problem olsa, Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, KTN-nin Çağrı Mərkəzinə müraciət etsinlər. Karantn rejiminin kənd təsərrüfatına mənfi təsirindən danışmaq olmaz, çünki aktiv dövr aprelin 10-dan sonra başlayacaq. Problem olsa, biz onu yerində həll etməyə çalışacağıq. Kənd təsərrüfatı texnikası bazarı liberallaşdırılıb, aqroservislərdə olan texnikalar lizinq müqavilələri əsasında operativ lizinqə verilir, bu proses mayın sonu, iyunun əvvəli başlayır, hələ o müddətə iki ay var. Təbii ki, həmin dövrdə hansısa bir zərurət yaranarsa, o zaman müzakirə olunaraq müvafiq qərarlar qəbul oluna bilər. İyunda pandemiya ilə bağlı proseslərin hansı şəkildə olacağı bəlli deyil. Hazırda bütün fəaliyyət prosesləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq həyata keçirilir”.
Telegram kanalımız