Ukraynada karantin rejimi iyunun 22-nə kimi uzadılıb.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, Ukrayna Səhiyyə naziri Maksim Stepanov karantinin müddətinin regionlarda yoluxmanın səviyyəsi nəzərə alınaraq uzadıldığını bildirib.
May ayının 22-dən etibarən Ukraynada şəhər və şəhərətrafı ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir, hotellər qonaqları qəbul etməyə başlayır. Bundan əlavə, tamaşaçıların iştirakı istisna olmaqla idman tədbirlərinin keçirilməsinə icazə verilir. pizza mizza
Qeyd edək ki, ölkədə metro və uşaq bağçalarının açılması may ayının 25-dək təxirə salınıb.
Telegram kanalımız