Karantin rejimini pozan çayxana aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimini pozan çayxana aşkarlandı

Kriminal

22 Fevral 2021 11:15 1017


Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi  aşkarlayıb. Obyekt sahibi-Xaliq Kərimov və müştərilər - Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!