Karantin rejimini pozan çayxanalar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimini pozan çayxanalar aşkarlandı

Kriminal

05 Avqust 2020 11:50 625


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb. Dördpendirli pizza

Davam etdirilən tədbirlər zamanı şəhərin Kəpəz  rayonunda da xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini  dayandıraraq çayxana sahibi, Mahir İsgəndərovu və 6 nəfər müştəri  birlikdə aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!