Karantin rejimini pozan daha bir kafe aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimini pozan daha bir kafe aşkarlandı - Foto

Kriminal

08 Aprel 2020 09:24 2609


Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.      

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Kəpəz  rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb. pizza sifarişi

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!