Karantin rejimini pozan iaşə obyektində iyrənc mənzərə - Video

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimini pozan iaşə obyektində iyrənc mənzərə - Video

Kriminal

11 May 2020 17:43 852


Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən, o cümlədən, tibbi masklardan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb. 

Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələbləri pozması aşkar olunub. pizza sifarişi

Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!