Karantin rejimini pozan uşaqlar valideynlərinə təhvil verildi   – Gəncədə

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimini pozan uşaqlar valideynlərinə təhvil verildi – Gəncədə

Sosial

30 Mart 2020 11:18 614


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. 

Yenisabah.az DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən xəbər verir ki, BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək 10 nəfərdən artıq qrup şəklində futbol oynayan yeniyetmə və gəncləri aşkarlayıb. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. 

Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!