Azərbaycanda karantin rejimi uzadılır? -   Prezidentin köməkçisindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda karantin rejimi uzadılır? - Prezidentin köməkçisindən açıqlama

Siyasət

16 Aprel 2020 17:21 1394


“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.

Yenisabah.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər. Toyuqlu pizza

“Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!