Karantində işləyən kafe aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Karantində işləyən kafe aşkarlandı - Foto

Kriminal

24 İyul 2020 15:18 741


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarazəncir kəndində fəaliyyət göstərən “Rövşən” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektin fəaliyyəti ilə bağlı 4 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!