Karantində olan tələbələr danışır - Video

saytların hazırlanması

Evə çatdırılma

Karantində olan tələbələr danışır - Video

Sosial

12 Aprel 2020 22:07 887


Hazırda paytaxtda o cümlədən bölgələrdə karantin şəraitində saxlanan insanlar var. Hər gün mütəmadi olaraq həmin şəxslər həkim nəzarətində saxlanırlar.

Yenisabah.az xəbər verir ki, Türkiyədə təhsil alan tələbələr Bakıdakı karantin şəraiti ilə bağlı təəssuratlarını "Xəzər Xəbər"lə bölüşüblər.

Tələbələrin sözlərinə görə, gündə bir neçə dəfə temperaturları yoxlanılır, xüsusi qidalanma rasiyonu tətbiq edilir.  Toyuqlu pizza

Türkiyədə təhsil alan tələbələr deyir ki, onlar Naxçıvana gəldikləri zaman karantində olublar. Bakıya qayıtdıqdan sonra da yenidən karantinə alınıblar. Paytaxtda yaradılan şərait isə onları karantin günlərində darıxmağa qoymur. Həkimlər isə onlara idmanla məşğul olmağı tövsiyyə edir.

Qeyd edək ki, xarici ölkələrdən gələn şəxslər karantin şəraitini başa vurduqdan sonra evlərinə buraxılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!