Karantinə görə Nazirlər Kabinetini məhkəməyə verdilər

saytların hazırlanması

Evə çatdırılma

Karantinə görə Nazirlər Kabinetini məhkəməyə verdilər

Dünya

06 Sentyabr 2020 09:31 1293


Ukraynanın dörd şəhərinin rəhbərliyi ölkə hökumətini məhkəməyə vermək barədə qərar qəbul edib.

Bu barədə "Report" "Strana.ua"ya istinadən xəbər verir. İvano-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv məlumatı təsdiqləyib. Qeyd edilir ki, bu addım koronavirus infeksiyası ilə bağlı karantin tədbirlərinin sərtləşdirilməsinə görə atılıb.

Artıq bir sıra şəhərlər məhkəməyə müraciət edib. Siyahıda İvano-Frankovskla yanaşı, Ternopol, Kaluş və Kolomıya şəhərlərinin də adları var. pizza

Şəhərlərin hakimiyyət orqanları rəhbərlərinin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ölkə vətəndaşlarının əsas konstitusiya hüquqlarını pozub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!