Sabirabadda karantin rejimini pozan 2 kafe aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a erilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Həşimxanlı kəndində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən 2 kafe aşkar edilib. Hər 2 kafedə 20-yə yaxın müştərinin olduğu müəyyən edilib.
Onlardan 8 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib. Pepperoni pizza
Telegram kanalımız