Karantini pozan 4 avtobus saxlanıldı - 52 sərnişin cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozan 4 avtobus saxlanıldı - 52 sərnişin cərimələndi

Kriminal

20 İyun 2020 13:18 919


Karantin qaydalarını pozan 4 sərnişin avtobusu saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, iyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində COVID-19 xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş 4 sərnişin avtobusu saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

Sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib. Sezar pizza

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ RPİ 11-ci PB-yə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!