Karantini pozan kafenin sahibi və müştəriləri saxlanılıb - Foto

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozan kafenin sahibi və müştəriləri saxlanılıb - Foto

Kriminal

27 İyul 2020 13:50 736


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Gəncə ŞBPİ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Arzu Bayramovla yanaşı onun müştəriləri saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb. Dördpendirli pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!