Karantini pozan şəxslərləri cəza gözləyir - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozan şəxslərləri cəza gözləyir - Azərbaycanda

Sosial

28 Fevral 2020 19:41 417


İran İslam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar. "Yeni Sabah" xəbər verir ki, bu barədə, Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Bildirilib ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq-mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib. Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!