Karantini pozanlar cəzalandırılsın! – Hökumətə çağırış

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozanlar cəzalandırılsın! – Hökumətə çağırış

Siyasət

31 Mart 2020 18:06 1590


Koronavirus infeksiyasının təhdid etdiyi ölkələrin əksəriyyətində xüsusi karantin rejimi tətbiq edilib. Azərbaycan da bur sıradadır. Bəzi ölkələrdə rejim qaydalarını pozanlara qarşı sərt tədbilər görülür. Bu tədbilər çərçivəsində əsasən cərimə və inzibati həbslərə üstünlük verilir. 

Lakin elə ölkələr var ki, orada zorakılığa da əl atılır. Bu sırada Pakistan və Hindistanı misal çəkmək olar. Sosial şəbəkələrdə bu ölkələrdə baş verənlərlə bağlı yayılan videolardan görünür ki, güc strukturları rejim qaydalarını pozan vətəndaşlara güzəşt etmir. Dəyənəklərlə onlara zərbələr endirərək evlərinə qovur. Zorakılıq hətta dini rituallar zamanı müşahidə olunur. 

Məsələn, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, Hindistan polisi namaz qılmaq üçün məscidə toplaşan müsəlmanların dini ayinlərini bitirdikdən sonra onları dəyənəklə döyərək evlərinə dağılışmalarını tələb edir. pizza

Azərbaycanda da artıq xüsusi karantin rejiminin qaydalarını pozanlarlar barəsində ciddi tədbirlər görülməsi gündəmə gəlib. Çünki rejim qaydalarının iki dəfə sərtləşdirilməsinə baxmayaraq, hələ də məsuliyyətsizlik edən vətəndaşlarımız var. 

Hətta sosial şəbəkələrdə fövqəladə hal elan edilməsi ilə bağlı hökumətə çağırışlar da edilir. 

Hüquqşünas Aslan İsmayılov Yenisabah.az-a açıqlamasında bildirib ki, hökumət müəyyən tədbirlər görsə də, koronavirus təhlükəsinin qarşısını almaq üçün yetərli deyil. 

“Bunun səbəbi bəzi vətəndaşlarımızın məsuliyyətsizliyidir. Hətta bəzi kafe və restoranların fəaliyyətinə dair məlumatlar var. Hüquq-mühfazə orqanları xüsusi karantin rejiminin gücləndirilməsindən sonra bir neçə belə halın qarşısını alıb. Təsəvvür edin, yığışıb koronavirs pandemiyası ilə bağlı lağ-lağlı söhbətlər edirlər. Bu qədər cılızlıq olmaz axı. Dünya həyəcan təbili çalır, infeksiyanın qlobal miqyas edildiyini deyir, elə bu səbəbdən pandemiya elan edilib. Amma bizim bəzi vətəndaşlarımız məsələyə əyləncə yanaşır. Ona görə də hesab edirəm ki, artıq ciddi tədbirlər görməyin zamanı çatıb”, - deyə Aslan İsmayılov vurğulayıb.

Hüquqşünas ciddi tədbirlər dedikdə cərimə və inzibati həbsləri nəzərdə tutduğunu deyib. “Təbii ki, zorakılığa yol vermək olmaz. Mən bunun qəti əleyhinəyəm. Cəzalar inzibati həbslərə qədər getməlidir. Söhbət ondan gedir ki, hökumət cəza tətbiq etməyə başlasa o zaman vətəndaşların məsələnin ciddiyyətini başa düşəcəklər. Paralel olaraq vətəndaşlar arasında maarifləndirmə işini gücləndirmək, insanlara təhlükənin nə qədər ciddi olduğunu izah etmək lazımdır. Xüsusilə ictimai rəyə təsir etmək gücü olan insanlar vətəndaşlara bununla bağlı çağırışlar etməlidir”, - deyə Aslan İsmayılov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!