Karantini pozaraq futbol oynayan gənclər saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozaraq futbol oynayan gənclər saxlanıldı - Foto

Kriminal

13 Aprel 2020 17:42 846


Quba rayonunda karantin rejimini pozan şəxslər cərimə ediliblər.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.  pizza mizza

Şöbə əməkdaşları xidmət aparan zamanı rayonun Bağbanlı kəndi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Vüqar Fərmanov, eləcə də müştəriləri Elxan Əmirov, Ruslan Seyfullayev, Tahir Rüstəmov və Nahid Bahadurov barəsində qanuna müvafiq qaydada tədbir görülüb.

Keçirilmiş digər bir tədbir zamanı rayonun Vladimirovka kəndi ərazisində rejim qaydalarını pozaraq futbol oynayan bir qrup gənc saxlanılıb. 

Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!