Karantini pozaraq kafe işlədən şəxs həbs edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozaraq kafe işlədən şəxs həbs edildi - Foto

Kriminal

11 Aprel 2020 13:45 753


Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a  verilən məlumata görə, həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Qeyd edək ki, rayonun Birinci Ərəbcəbirli kənd sakini S.Məmmədov bir neçə gün öncə də karantin rejimi qaydalarını pozaraq gizli şəkildə kafe işlətdiyi üçün Polis Şöbəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş və barəsində protokol tərtib edilmişdi. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!