Karantini pozaraq qumar oynayanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozaraq qumar oynayanlar saxlanıldı

Kriminal

16 Aprel 2020 11:46 657


Tərtərdə xüsusi karantin rejimini pozaraq qumar oynayan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisindəki avtomobil təmiri sexinin önündə 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib.  Marqarita pizza

Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Xüsusi karantin rejimin pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülərək protokol tərtib edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!