Karantini pozduğu üçün həbs edilən iş adamının oğlu azadlıqda - Foto

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozduğu üçün həbs edilən iş adamının oğlu azadlıqda - Foto

Kriminal

27 İyul 2020 12:25 1039


"Fairmont Baku" hotelində sərtləşdirilmiş xüsusi karantin rejimini pozduğu üçün həbs edilən İsmayıl Babayev azadlığa buraxılıb.

Yenisabah.az xəbər verir ki, İ.Babayev iyulun 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.

O şəxsi “Instagram” hesabında yeni şəklini “Qanuna riayət edən vətəndaş” başlığını ilə paylaşıb. Dördpendirli pizza

Qeyd edək ki, 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı. /MediaPost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!