Karantini pozduğu üçün saxlanıldı, üzərindən narkotik çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Karantini pozduğu üçün saxlanıldı, üzərindən narkotik çıxdı

Kriminal

24 İyul 2020 15:30 883


Cəlilabadda karantin postunda saxlanılan şəxsin üzərindən və avtomobilindən müxtəlif növ narkotik vasitələr, həmçinin psixatrop maddə aşkarlanıb.  Sezar pizza

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən Yenisabah.az-a məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Lakin polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən həmin şəxs idarə etdiyi avtomobillə birlikdə saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib və həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib. Onun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixatrop maddə metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.  Sezar pizza

  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!