Koronavirus səbəbilə konsertləri təxirə düşən “Bu şəhərdə”nin aktyorları artıq bir müddətdir ki, fərqlilik yaradaraq “Youtube” kanalı üçün səhnəciklər hazırlayırlar.
Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı ilə səhnəcikləri yayımlanan “Bu Şəhərdə” komandası bu platformada mini seriallarını da yayımlamağa başlayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Rafael İsgəndərov onlayn səhnəciklərin canlı konsertin yerini vermədiyini deyib: pizza sifarişi
“Düzdür, biz “YouTube”da videoçarxlar çəkir, səhnəciklər hazırlayırıq, amma konsertin yerini əlbəttə ki, heç nə verə bilməz. Tamaşaçı ilə canlı ünsiyyətdən gözəl heç nə yoxdur. Amma nə etmək olar, zəmanə ilə əlaqədar tamaşaçıların qarşısına belə çıxmaq məcburiyyətindəyik. Bu da bizim yaradıcılığımızın bir qoludur. İşlər pis getmir, nəticələr yaxşıdır.
İnsanlar bizi qınamır, hamı bilir ki, dünyada vəziyyət nə yerdədi. Kim sənəti barədə nə bacarırsa, onu da edir. Mənə elə gəlir ki, bu zəmanədə insanların heç kəsi qınamağa ixtiyarı yoxdur. Çünki aydın məsələdir ki, bütün dünya koronavirusla əlaqədar müəyyən məhdudiyyətlərlə üz-üzədir, hamı nəsə etmək üçün yollar fikirləşir. Biz də tam bekar qalmamaq üçün fikirləşdik ki, “YouTube”a səhnəciklərimizi yerləşdirək. Biz bu gün orada yaradıcılığımızı davam etdiririk”.
Aktyor karantindən sonra yeni konsertlə izləyicilərin qarşısına çıxacaqlarını bildirib:
“Karantindən sonra təbii ki, konsertlərimiz olacaq. Yeni səhnəciklər yazılıb-yazılmadığını dəqiq bilmirəm, bunu Müşfiq daha dəqiq bilir, amma əminəm ki, o yeni nələrsə yazır, ehtiyyatda nələrisə hər zaman var. Sadəcə həmin səhnəciklərə hazırlaşmaq lazımdır. Karantinin bitməsini yəqin ki, bir gün əvvəldən deməyəcəklər, bir müddət vaxtımız olacaq. Bizim konsertə hazırlaşmağımız üçün bir ay tamamilə bəs edir”.
Əsmətxanım
Telegram kanalımız