Karantinin yumşaldılmasından sonra Bakı metrosu - Video

saytların hazırlanması

Evə çatdırılma

Karantinin yumşaldılmasından sonra Bakı metrosu - Video

Sosial

18 May 2020 21:48 1820


Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar bir aydan çox müddətdə fəaliyyətini dayandırmış Bakı metrosu mayın 9-dan yenidən sərnişinlərin istifadəsinə verildi.

Yenisabah.az xəbər verir ki, ötən günlərlə müqayisədə isə bu gün metrodan istifadə edənlərin sayında artım var. Səbəb isə bu gündən etibarən evdən çıxmaq üçün tətbiq olunan icazə sisteminin ləğv olunmasıdır.

Metropoliten əməkdaşları həm metronun girişində, həm platformalarda sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, eyni zamanda maskadan istifadəyə nəzarət edirlər. Təəssüf ki, yenə də qaydalara əməl etməyib, həm özünün, həm də ətrafındakıların həyatını təhlükəyə atanlar var. pizza

Mövzu ilə əlaqədar Baku.Tv-nin süjetini təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!