Karantinlə bağlı maraqlı məlumatlar... – Təhlükə necə boğulur?

saytların hazırlanması

Evə çatdırılma

Karantinlə bağlı maraqlı məlumatlar... – Təhlükə necə boğulur?

Sosial

01 Aprel 2020 11:58 942


Martın 23-ü  Nazirlər Kabinetinin xüsusi toplantısından sonra Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Hazırda ölkə üzrə tətbiq olunan bu karantin rejimi və onun şərtləri  geniş müzakirəyə səbəb olub. 

Maraqlıdır, karantin nədir və nə zaman tətbiq olunur?

Yenisabah.az xəbər verir ki, qədimdə karantin xəstəliyin yayılmasının qarşısını almaq üçün istifadə olunan bir vasitə olub. XIV əsr Avropasında pnevmonik vəba xəstəliyinin yayılmasına nəzarət etmək üçün bu təcrübədən geniş istifadə olunub. Baxmayaraq ki, karantin əsrlər boyu istifadə olunub, praktikada onun mənfi mənaları da var. Belə ki, əvvəllər karantin altında alınan insanların çox vaxt vacib ehtiyacları nəzərə alınmayıb. Şəxs yoluxucu xəstəliyin təsirinə məruz qalsa da, hələ xəstə olmayanlar xəstə olan şəxslərdən ayrılmayıb. Hətta bəzi hallarda, karantin gücündən sui-istifadə edilib, məsələn, XIX əsrin sonlarında  gəmilərdə daşınan sərnişinlər tez-tez karantin altına alınıb, lakin  birinci və ikinci dərəcəli sərnişinlərin xəstəlik üçün müayinədən keçmədən buraxılmasına icazə verilib. Dominos pizza

Qarışıq tarixinə baxmayaraq, müasir dövrdə karantin tətbiq edildiyi zaman yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün yüksək təsirli bir vasitədir. Hətta profilaktik müalicə mümkün olmadıqda karantin vacib bir rol oynaya bilir. Risk altında olan əhalidə hərəkətliliyin azaldılması sonradan kimyəvi terapiyanın səmərəli aparılmasına imkan yaradır. Karantin adətən evdə tətbiq  olunu, lakin  fərdi və ya qrup şəklində başqa bir yerdə tətbiqi də mümkündür. Bu müddət ərzində, yəni yoluxucu xəstəliyin mövcudluğu zamanı  şübhələr doğuran şəxs müəyyən müddət ərzində nəzarətdə saxlanılır. Müşahidə zamanı şəxsdə xəstəliyin simptomları aşkarlanarsa, ona tibbi yardım alması tövsiyə olunur. Ona görə də karantin ictimai sağlamlıq vasitəsidir və ümumi mənafe üçün kollektiv bir hərəkətdir. 

Koronavirus dünyanı cənginə alanadək müasir karantin kiçik bir ərazidə aparılırdı, nadir hallarda bütün şəhərlərə və ya icmalara tətbiq olunurdur. Karantinin əsas məqsədi insanlar arasındakı "sosial məsafəni" artıraraq xəstəliyin ötürülməsini azaltmaqdır, yəni hər bir insanın təmasda olduğu adamların sayını azalır. Karantin fəaliyyətləri yalnız passiv və ya aktiv simptomların monitorinqindən ibarət olmaqla yanaşı qısa müddətli könüllü komendant saatının tətbiqindən, ictimai toplantıların ləğv edilməsindən, ictimai nəqliyyatın, məktəblərin, iş yerlərinin bağlanmasından da ibarət ola bilər.

Müasir karantin tətbiq olunarsa, ona məruz qalanların əsas ehtiyacları ödənilməlidir. Onun aşağıdakı əsas prinsipləri fərdi azadlıqlarla ictimai rifah arasındakı uyğun tarazlığı təmin edir:

1. İnsanlar çox təhlükəli və yoluxucu bir xəstəliyə məruz qaldıqda istifadə olunur.

2. Sağlam insanlar xəstə olanlardan ayrılır.

3. Karantin altında olan bütün insanlara qayğı və zəruri xidmətlər göstərilir.

4. Karantinlə məhdudlaşdırılanların "lazımi müddətdə" hüquqları qorunur.

5. Karantin karantindəki şəxslərin xəstələnməməsini təmin etmək üçün lazım olduğundan artıq müddətə davam etdirilə bilir.

Karantin fəaliyyətləri yalnız passiv və ya aktiv simptomların monitorinqindən qısa müddətli könüllü komendant saatına, ictimai toplantıların ləğv edilməsinə, ictimai nəqliyyatın, məktəblərin, iş yerlərinin bağlanmasına qədər ola bilər.

Yenisabah.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!