Karapetyan istefasının səbəbini açıqladı:   “Biabırçı məğlubiyyətin yükünü çəkmək vaxtıdır“

saytların hazırlanması

Evə çatdırılma

Karapetyan istefasının səbəbini açıqladı: “Biabırçı məğlubiyyətin yükünü çəkmək vaxtıdır“

Dünya

16 Fevral 2021 12:36 685


Ermənistan parlamentinin keçmiş deputatı, hakim "Mənim addımım" blokunun üzvü, Ermənistanın Çindəki ticarət nümayəndəsi Varazdat Karapetyan tutduğu postdan istefa verib.

Yenisabah.az xəbər verir ki, siyasətçi istefanın səbəblərini daxili amillərlə əlaqələndirib.

"İndi Çinə getmək vaxtı deyil, Ermənistanda olmaq lazımdır. İndi həmfikir insanlarla birlikdə biabırçı və amansız məğlubiyyətin yükünü çəkmək vaxtıdır. Əvvəlcə öz milli məsələlərimizi həll etməli, sonra başqa ölkələrlə münasibətlər barədə düşünməliyik", - deyə Karapetyan bəyan edib. Marqarita pizza

Siyasətçi əlavə edib ki, ictimai-siyasi planları ilə bağlı yaxın zamanlarda topluma məlumat verəcək. (Unikal.org)

Qeyd edək ki, V.Karapetyan 2020-ci ilin noyabrında deputatlıqdan istefa verərək Çinə ticarət nümayəndəsi təyin olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!