Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal qazanıb.
Yenisabah.az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yer alan idmançı görüşdə Rodriqo Roxasa (Çili) ilə üz-üzə gəlib.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub. pizza sifarişi
Qeyd edək ki, bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq.
Telegram kanalımız