Kardi B azərbaycanlılardan üzr istədi   - “Mən terrorizmi dəstəkləmirəm”

saytların hazırlanması

Evə çatdırılma

Kardi B azərbaycanlılardan üzr istədi - “Mən terrorizmi dəstəkləmirəm”

Şou

07 Oktyabr 2020 11:29 2103


Dünyaca məşhur repçi Kardi B azərbaycanlılardan üzr istəyib.

Yenisabah.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə o, tvitter səhifəsində məlumat yayıb.

Rəsmi hesabında səsyazısı paylaşan sənətçi araşdırma aparmadan Ermənistana dəstək olduğunu bildirib. O, paylaşımdan sonra səhifəsində xeyli sayda şərh yazıldığını, terrora dəstəkdə ittiham olunduğunu vurğulayıb. Dördpendirli pizza

Kardi açıqlamasını “Çox üzr istəyirəm, biz araşdırmadıq” başlığı ilə yayıb. Repçi daha sonra Nigar Xəlilova adlı istifadəçinin “onlayn təhsillə tarix öyrənir! Kardi B terrorizmi dəstəkləyir” tvitinə cavab verib:

“Mən terrorizmi dəstəkləmirəm. Mən yalnız dostuma görə paylaşım etdim. Heç bir araşdırma etmədən. Buna görə üzr istəyirəm. Müharibəni sevmirəm. İki ölkə arasındakı münaqişələri sevmirəm, çünki günahsız insanlar ziyan çəkir, buna nifrət edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!