Karlo Ançelottinin taxtı laxlayır

saytların hazırlanması

Evə çatdırılma

Karlo Ançelottinin taxtı laxlayır

İdman

16 Yanvar 2025 12:15 227


"Barselona"ya 2:5 hesablı məğlubiyyətdən sonra "Real"da gərginlik get-gedə artır.

Yenisabah.az xəbər verir ki, bu mövsüm Kataloniya təmsilçisindən ümumilikdə 9 qol buraxan Madrid klubunun baş məşqçisi Karo Ançelottinin taxtı laxlayır. "Real"ın böhranın astanasında olduğuna dair xəbərlər yayılır.

Karlo Ançelotti qış transfer pəncərəsində yeni futbolçu alınmasını istəyib. Lakin klub rəhbərliyi bunun əleyhinə çıxıb. Dominos pizza

Bir neçə gün əvvəl "Real"ın qış transfer pəncərəsində, Trent Aleksander-Arnold ("Liverpul") da daxil olmaqla, danışıqlar apardığı bütün futbolçulardan imtina etdiyi barədə xəbərlər sızıby. Klub prezidenti Florentino Peres "Real"ın akademiyasının futbolçularına və komandanın gənc oyunçularına şans verməyi qərara alıb. 

"Real"dakı daxili çəkişmələr ucbatından Karlo Ançelottinin gələcəyi də şübhə altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!