Karlos Avro-2020-nin ən yaxşı futbolçusunu seçdi

saytların hazırlanması

Evə çatdırılma

Karlos Avro-2020-nin ən yaxşı futbolçusunu seçdi

İdman

29 İyul 2021 13:50 834


Braziliya millisinin sabiq üzvü Roberto Karlos Avro-2020-nin ən yaxşı futbolçusunu seçib.

Yenisabah.az "GQ"ya istinadən xəbər verir ki, o, İngiltərə millisinin müdafiəçisi Lyuk Şounu fərqləndirib: "O, belə oynamağa davam etməlidir. Avro 2020 -nin bütün oyunlarını izlədim və İngiltərə çox yaxşı oynadı. Məğlubiyyət oyunun, futbolun bir hissəsidir və ümid edirəm ki, dünya çempionatında yaxşı çıxış edəcəklər. Bu standartları qoruya bilsələr, mükafata layiq olacaqlar".

Qeyd edək ki, İngiltərə yığması Avro-2020-nin finalında İtaliyaya uduzub (1:1, penaltilər seriyası - 2:3). Şou bu turnirdə İngiltərə millisinin heyətində 6 oyun keçirib, 1 qol vurub 3 qolun ötürməsini verib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!