Kartdan oğurlanan pulu qabaqcadan sığortalamaq mümkündür? – “Mən o şirkətin yerində olsaydım...”

saytların hazırlanması

Evə çatdırılma

Kartdan oğurlanan pulu qabaqcadan sığortalamaq mümkündür? – “Mən o şirkətin yerində olsaydım...”

Sosial

10 Aprel 2025 10:45 708


Şəxsi bank vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi halları artıb. Daxili İşlər Nazirliyi hər gün yeni-yeni kibercinayətkarlıq faktlarını açıqlayır. Cinayətlərin açılması və canilərin cəzalandırılması prosesinin müddəti qeyri-müəyyəndir. Ən əsası son vəsaitləri talanan şəxslər ayın bu başından o başına nə iləsə dolanmalıdır. 

Bir sıra xarici ölkələrdə vətəndaşların öz şəxsi pul vəsaitlərini mənzil, maşın və digər əmlaklar kimi sığortalanması praktiki mövcuddur. Bəs, oğurlanmış vəsaitlər? Talanan kartlardakı pulun əvvəlcədən sığortalanması mümkündürümü? 

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, yerli banklarda 100 min manatadək əmanətlər istənilən halda sığortalanır: Pepperoni pizza

“İstənilən bankda 100 min manatadək olan vəsaiti tam sığortalıdır, bir şərtlə ki, əmanətin faiz dərəcəsi milli valyutada 12 faizi, xarici valyutada isə 2.5 faizi ötmür. Amma vətəndaşın hansısa səhvi ucbatından pul hesabdan çıxırsa, bu bankın məsuliyyəti daxilində deyil”.

Ə. Həsənov qeyd edib ki, şəxsi pul vəsaitinin sığortalanması zamanı vətəndaş və sığorta şirkəti arasında bəzi anlaşılmazlıqlar meydana çıxa bilər:

“Prinsipcə, şəxsi təşəbbüslə pul vəsaitinin sığortalanması mümkündür. Amma mən sığorta şirkətinin yerinə olsaydım, bunu etməzdim. Ona görə ki, vətəndaş kiminləsə əlbir olub, guya dələduzluğa məruz qaldığını da deyə bilər. Bunu da nəzərə almaq lazımdır. Bu baxımdan, inanmıram ki, hansısa sığorta şirkəti vətəndaşın kart hesabındakı vəsaiti sığortalasın”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!