“Kaş mənim səhhətim də döyüşməyə imkan verəydi...”   - İlham Zəkiyev

saytların hazırlanması

Evə çatdırılma

“Kaş mənim səhhətim də döyüşməyə imkan verəydi...” - İlham Zəkiyev

İdman

30 Sentyabr 2020 12:09 1213


"Yaralandığım Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib.

O Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim". pizza sifarişi

İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!