“Kasıb kədərləndirir, Hadisə isə əyləndirir” - Qalmaqallı sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Kasıb kədərləndirir, Hadisə isə əyləndirir” - Qalmaqallı sözlər

Şou

28 Avqust 2023 14:07 578


Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisə ötən gecə Bakıda konsert verib. 

"Dalğa Beach"də açıq havada konsert verən müğənnini 5 min nəfər izləyib. 

Məlumata görə, Hadisə konsertdən 5 milyon TL (328000 manat) qazanıb. Marqarita pizza

Yenisabah.az xəbər verir ki, onu konsertdən əldə etdiyi gəlirə görə tənqid edən azərbaycanlılar da az olmayıb.

Tanınmış şairə Nazilə Səfərli isə həmin tənqidlərə səssiz qalmayıb və buna görə Hadisənin yox, konsertə bilet alanların qınanmalı olduğunu qeyd edib:

"Hadisə Azərbaycanda verdiyi iki günlük konsertdən 320 min manat qazanıb. Şərhlərdə yazırlar ki, gör, heç kasıba kömək edər? 

Əvvəla, hadisə konserti insanlara verib. İnsanlar da bizimkilərdir. Hadisəyə irad tutana qədər bizimkilərə sual verən olub ki, ay insanlar, o biletin pulunu niyə kasıblara vermədiniz? Niyə versin? Kasıb onu kədərləndirir, Hadisə isə əyləndirir. Kasıb da bir zəhmət Allahdan mədət umsun, hadisələrdən yox! Zəmanə əylənməlidir..." 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!