Kasıbları təhqir edən “Gallendevagen” sürücüsü üzr istədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Kasıbları təhqir edən “Gallendevagen” sürücüsü üzr istədi - Video

Hadisə

11 Yanvar 2022 20:48 1186


Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb.

Yenisabah.az Daxili İşlər Nazirliyi (DIN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendevagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb. Dördpendirli pizza

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!