Bütün ermənilərin katolikosunun keçmiş prezidentlərlə görüşü məxfi xarakter daşıyıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, ali ruhani ilə eks-prezidentlərinictimaiyyət qarşısındakı çıxışlarını müzakirə olunub.
"Bizdə olan məlumata görə, Qaregin həzrətləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb. Katalikosun sözlərinə görə, o, Ter-Petrsoyanın “İctimai Radio”da səsləndirdiyi fikirlərlə razıdır, lakin müxalifətdə olan bəzi yüksək rütbəli din xadimləri onların əleyhinədirlər və onlar Qareginin özünə belə təzyiq göstərirlər".
Erməni nəşri əlavə edib: "Qaregin həzrətlərinin bu məsələ ilə bağlı Baş nazir Nikol Paşinyanla da telefon danışıqları olub və Baş nazir ötən gün parlamentdə komanda yoldaşları ilə qapalı görüş zamanı bu barədə danışıb".
Telegram kanalımız