Katolikos II Qaregin Paşinyanı istefaya səslədi

saytların hazırlanması

Evə çatdırılma

Katolikos II Qaregin Paşinyanı istefaya səslədi

Maraqlı

08 Dekabr 2020 14:04 879


Erməni katalikosu II Qaregin Baş nazir Nikol Paşinyanı istefaya çağırıb. 

Yenisabah.az xəbər verir ki, Erməni Apostol Kilsəsinin rəhbəri yaydığı bəyanatda Qarabağdakı müharibədən sonra xalqın böyük acı içində olduğunu bildirib. “Çoxsaylı qurbanlar və Qarabağın əhəmiyyətli hissəsinin ititlməsi milli birliyin və həmrəyliyin pozulmasına səbəb olub”, - bəyanatda bildirilir.

Qeyd edilir ki, getdikcə pisləşən vəziyyətlə bağlı katolikos, Erməni Apostol Kilsəsinin Yepiskoplar Şurası və Ali Kilsə Şurası ilə müzakirə aparıb. Ermənistan prezidenti, Milli Məclisin sədri, habelə müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə görüşlər keçirilib. pizza sifarişi

“Hadisələrdən narahat olaraq Baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə artan gərginlik, xarici və daxili problemlər, eləcə də xalqın Baş nazirə inamının aşağı olması səbəbindən  mümkün toqquşmalar və faciəvi olayların baş verməməsi üçün onu istefaya çağırdıq”, - katalikosun mesajında vurğulanır.

II Qaregin parlamenti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!