Kavelaşvili Bayramova təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Kavelaşvili Bayramova təşəkkür etdi

Siyasət

22 İyul 2025 18:51 367


Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq modeli qarşılıqlı etimad, hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır.

Yenisabah.az xəbər verir ki, bunu ölkə prezidenti Mixeil Kavelaşvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

O, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəyişməz dəstəyə görə təşəkkürünü ifadə edib: pizza mizza

“Azərbaycanın xarici işlər naziri ilə kifayət qədər məhsuldar görüş keçirdik. Azərbaycanla strateji tərəfdaşıq, birgə vacib layihələrdə iştirak edirik. Eyni zamanda, bir çox məsələlər üzrə ortaq mövqeyimiz var. İqtisadi sahədə bir sıra maraqlı layihələrin reallaşdırılması nəzərdə tutulur. Həmişə vurğulayıram ki, Azərbaycanla münasibətlərimiz nümunəvidir və əminəm ki, bu əlaqələr daha da inkişaf edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!