Kaya Kallas: “Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə mövzusu deyil”

saytların hazırlanması

Evə çatdırılma

Kaya Kallas: “Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə mövzusu deyil”

Dünya

15 Dekabr 2025 12:23 340


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü artıq gündəmdə deyil və Avropa İttifaqı daha ciddi təhlükəsizlik təminatları hazırlamalıdır.

“Yeni Sabah” xəbər verir ki, Aİ ali nümayəndəsi qeyd edib:

“Aİ-nin təhlükəsizlik zəmanətləri sadəcə kağız üzərində deyil, real qoşunlar və real hərbi imkanlar olmalıdır”. pizza mizza

K. Kallas əlavə edib ki, təhlükəsizlik zəmanətləri Rusiyaya yox, Ukraynaya lazımdır:

“Vəziyyəti açıq görməliyik. Bir təcavüzkar var – Rusiya, bir də qurban – Ukrayna. Son 100 ildə Rusiya ən azı 19 ölkəyə hücum edib, bəzi ölkələrə 3-4 dəfə. Bu ölkələrdən heç biri Rusiyaya hücum etməyib. Ona görə də Rusiyaya heç bir təhlükəsizlik zəmanəti lazım deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!