Kayseridə də Azərbaycana dəstək mitinqi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kayseridə də Azərbaycana dəstək mitinqi keçirildi - Fotolar

Siyasət

26 İyul 2020 18:56 749


Bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

Yenisabah.az xəbər verir ki, Kayserinin mərkəzindəki Cümhuriyyət meydanında  40-a yaxın təşkilatın iştirakı ilə keçirilən aksiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb.

“7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”,   “Qansa qan, cansa can, səninləyik Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, Kayseridəki azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər. Marqarita pizza

Mitinq iştirakçılarına Azərbaycan tarixi torpaqları, Ermənistan təcavüzkarlığı haqqında məlumatlar verilib, 12 iyuldan Ermənistanln Azərbaycanın Tovuz rayonuna hücumları qınanıb, şəhidlər sayğıyla anılıb.

Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!