Avropa İttifaqının 3 əməkdaşı Brüggedəki Avropa Kollecində Aİ fondları ilə mümkün fırıldaqçılıqla bağlı istintaq çərçivəsində Belçikada saxlanılıb.
"Yeni Sabah" "Le Soir"a istinadla xəbər verir ki, onların arasında Aİ-nin keçmiş xarici işlər naziri və rektor Federika Moqerini də var.
Bundan əvvəl Belçika hüquq-mühafizə orqanlarının Moqerininin Brüsseldə işlədiyi müddətdə rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) və Brüggedəki Avropa Kollecinin bir neçə binasında apardığı axtarış barədə məlumat yayılıb. Dominos pizza
Aİ-nin keçmiş xarici işlər üzrə ali nümayəndəsi və Avropa Komissiyasının (AK) vitse-prezidenti hazırda həbsdədir. Saxlanılan digər 2 nəfər isə Avropa Kollecinin meneceri və EAS-ın keçmiş baş katibi, italyan diplomat Stefano Sanninodur.
AK brifinqində Avropa Komissiyasının rəsmiləri davam edən istintaqa istinad edərək, insidentin hər hansı təfərrüatını şərh etməkdən qəti şəkildə imtina ediblər.
Moqerini 2014-2019-cu illərdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışıb.
Telegram kanalımız