Keçmiş deputatlardan Məleykə Abbaszadə ilə bağlı   EKSKLÜZİV AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş deputatlardan Məleykə Abbaszadə ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

Sosial

16 İyul 2025 17:23 4452


Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin son çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, baytarlıq kimi ixtisaslara aşağı balla qəbul olan tələbələrə münasibət bildirərkən səsləndirdiyi ifadələrlə diqqət çəkib. Xüsusilə “inəyin taleyi” ilə bağlı səsləndirdiyi sözlər qadın obrazı ilə əlaqələndirilib və cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sabiq deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev isə DİM sədrinin çıxışının başqa yerə yozulduğunu və səhv olaraq müzakirə edildiyini qeyd edib:

“Mən o tədbirdə iştirak etmişəm. Bir tələbə 150 balla ali məktəbə qəbul olubsa, o inəyi öldürə bilər. O bir yumor idi. Məlum cavabı da bilirsiniz ki, söhbət nədən gedir. Sezar pizza

İnəyi kim sağır? Kişi sağır? Qadın daha yaxşı bilər deyilib. Çünki qadınlar bu işlə məşğuldur. Məleykə xanım, orada sadəcə bir yumor işlətdi. İndi desin ki, kişilər daha yaxşı bilir?! Burada heç bir qadını alçaldacaq məqam və ya təhqir elementi yoxdur”.

Keçmiş millət vəkili, psixoloq Gülər Əhmədova isə bu barədə fikirlərini bədii formada ifadə edib:

“Dünyada ən zərif və saf maddə sudur. Torpaqla qarışır bitki yetişdirir. Alovu söndürür. Unla qarışır çörək  olur. Yalnız!!! Su bir yerdə tək və uzun müddət  qalanda iy verir. Qadınlar  da , kişilər  də məni başa  düşdü”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kənan
    M.Abbaszadə 1000 dəfə təhsil nazirindən və onun ətrafındakı inəklərdən yaxşıdı
    10 months ago