Keçmiş məhbus satıcını hədələyib kassanı qarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhbus satıcını hədələyib kassanı qarət etdi

Kriminal

15 İyul 2021 14:45 883


Nardaran qəsəbəsində Q.Rəhimova məxsus mağazaya gələn bir nəfər onu bıçaqla hədələyərək kassadan 700 manat pul, 50 manat dəyərində tütün məmulatı və 4 ədəd alışqan götürüb.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt şəhər sakini, əvvəllər məhkum olunmuş  K.Babayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!