Keçmiş məhkum narkotiklə tutuldu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum narkotiklə tutuldu - Fotolar

Kriminal

17 Fevral 2022 09:12 1252


Ağsuda həyata keçirilən tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayon sakini Mehman Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb. Dominos pizza

Mehman Qəhrəmanovun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124 qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırma başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!