Keçmiş məhkum saxlanıldı: Cibindən narkotik çıxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum saxlanıldı: Cibindən narkotik çıxdı - Foto

Kriminal

27 Yanvar 2022 17:20 709


Kürdəmir rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə psixotrop maddə olan metamfetamin, heroin və tiryək aşkarlanaraq götürülüb. pizza

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!