Keçmiş məhkumdan 4 kiloqram marixuana götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkumdan 4 kiloqram marixuana götürüldü

Kriminal

23 Avqust 2021 12:19 1057


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı özünə məxsus “VAZ-2107” markalı avtomobilin yük hissəsindən 4 kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. pizza sifarişi

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!