Keçmiş məhkumdan “Makarov” və heroin götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkumdan “Makarov” və heroin götürüldü

Kriminal

04 Noyabr 2020 12:20 815


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Zaur Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən “Makarov” markalı tapança və 3 ədəd patron, həmçinin bükümlərdə narkotik vasitə olan heroin, metamfetamin aşkar edilərək götürülüb. Z.Səlimov şübhəli şəxs qismində tutulub. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!