Keçmiş məhkumlarla birləşib qohumunun qızıllarını oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkumlarla birləşib qohumunun qızıllarını oğurladı

Kriminal

13 May 2020 11:15 913


Ev sahibinin kənarda olmasından istifadə edərək oğurluq edən 3 nəfərin cinayət işi baxılması üçün məhkəmə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq- bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Hacıyeva Şükufə Fərhad qızı, Lomaşvili Eristo İliyayeviç və Zurabaşvili Zviadi Sosyeviçin məhkəmə prosesinə Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənov sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Əliyev Ceyhun İsmayıl oğlu tanınıb. 

İttiham aktına görə, zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili evin "təmizlənməsinə" "yardımçı" olublar.  Marqarita pizza

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini ona məxsus evdən qızıl-zinət və pulun oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən təxminən 2000 manat dəyərində qızıl-zinət əşyasının və 450 manat dəyərində pulun oğurlandığı müəyyən edilib. 

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyən olunub. Onlardan Z.Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili "yardımçı" olublar. Belə ki, Ş.Hacıyeva ev sahiblərinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt bir yerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürüb, bundan sonra onlar həmin evə qanunsuz daxil olublar. Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıblar. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!